Bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən Emin Musəvi məlumat verib.
Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib. "O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb", - deyə Emin Musəvi bildirib.
1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib. Qeyd edək ki, Hardis Baumanis fəaliyyətini Latviya XİN-də davam etdirmək üçün yayda ölkəsinə dönməliymiş.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !