• $ 1.7
  • € 1.9351
  • ₽ 0.021687
  • ₺ 0.0365
  • £ 2.2439

Azərbaycanda səkkiz ayda qaz ixracı artıb - Dövlət Statistika Komitəsi

Azərbaycanda səkkiz ayda qaz ixracı artıb - Dövlət Statistika Komitəsi
14.09.2023 14:52
2023-cü ilin səkkiz ayında "Şahdəniz” yatağından Azərbaycan qazının ixracı 14 milyard 589,9 milyon kubmetr təşkil edib ki, bu da 2022-ci ilin 8 ayının göstəricisindən 8,4% çoxdur.

Ümumilikdə, 2023-cü ilin yanvar-avqustda Azərbaycanın magistral qaz kəmərləri ilə 27 milyard 109,8 milyon kubmetr (artım 6,2%) qaz nəql edilib.

Sentyabrın 12-də energetika naziri Pərviz Şahbazov bildirib ki, 2023-cü ilin 8 ayında Azərbaycandan ixrac olunan qazın həcmi 7,6 milyard kubmetrə çatıb. 
 
Şahbazov bundan əvvəl, Bakı Enerji Forumunda çıxış edərək qeyd edib ki, Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi və Həmrəylik Halqası layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan qazını alan ölkələrin sayı 6-dan 10-a yüksələcək.


Nazir vurğulayıb ki, hazırda Azərbaycan əlavə qaz həcmlərinin əldə edilməsi üzərində işləyir və bununla bağlı bir neçə mənbə nəzərdən keçirilir.


"Əsas mənbə zəngin qaz ehtiyatlarıdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, təsdiq edilmiş 1,7 trilyon kubmetr, proqnozlaşdırılan təxminən 4 trilyon kubmetr həcmində qiymətləndirilir”, - o bildirib.


Şahbazovun sözlərinə görə, qısa və ortamüddətli perspektivdə Azərbaycanda bir sıra yeni yataqların, o cümlədən Abşeron, Qarabağ, Ümid-Babək (2-ci mərhələ) və Azəri-Çıraq-Dərin qaz anbarlarının istismara verilməsi planlaşdırılır. "Günəşli” yataqlar bloku "tərəfdaşlarımıza əlavə həcmdə qaz ixrac etməyə” imkan verəcək.

Forumda çıxış edən Avropa Komissiyasının (AK) nümayəndəsi Kristina Lobillo Borrero bildirib ki, 2022-ci ildə Azərbaycandan Avropaya qaz ixracı 40% artacaq.

"Azərbaycan Aİ-nin mühüm təbii qaz təchizatçılarından biridir", - o vurğulayıb.

Əvvəllər xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə (+39%) çatıb.

Azərbaycan Avropaya qaz nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. 2021-ci ildə tədarükün həcmi 8 milyard kubmetri ötübsə, 2023-cü ildə təqribən 12 milyard kubmetr təşkil edəcək. 2027-ci ilə qədər tədarüklərin həcmi ildə ən azı 20 milyard kubmetrə çatacaq.


Hazırda Avropada Azərbaycan qazını İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan əlavə, 2023-cü ilin sonuna qədər Azərbaycan qazı tədarük edə bilər.
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə naziri: Büdcə vəsaitlərinin icrası üzrə xəzinə nəzarəti gücləndirilib
İqtisadiyyat 11:40
Maliyyə naziri: Büdcə vəsaitlərinin icrası üzrə xəzinə nəzarəti gücləndirilib
Nazir -2029-cu ilədək cari xərclərin qeyri-neft gəlirləri hesabına tam ödənilməsi hədəflənir
Siyasət 11:33
Nazir -2029-cu ilədək cari xərclərin qeyri-neft gəlirləri hesabına tam ödənilməsi hədəflənir


Brent nefti ilin sonunadək 70 dollara enəcək
İqtisadiyyat 10:44
Brent nefti ilin sonunadək 70 dollara enəcək
Bank Respublika və OPEC Fund Azərbaycanda sahibkarlığın inkişafına dəstək üçün kredit sazişi imzalayıb
İqtisadiyyat 09:55
Bank Respublika və OPEC Fund Azərbaycanda sahibkarlığın inkişafına dəstək üçün kredit sazişi imzalayıb

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti bahalaşıb
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:32
Qızılın qiyməti ucuzlaşıb


"Brent" neft ucuzlaşıb
İqtisadiyyat 09:23
"Brent" neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:15
Bu günə olan məzənnə açıqlanıb
Yelo Bank şirkətlərarası futbol liqasının çempionu olub
İqtisadiyyat 15:48
Yelo Bank şirkətlərarası futbol liqasının çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol