Azərbaycanda yaşıl transformasiyalarla bağlı qanun layihəsi hazırlanır

16:27 | 22.05.2024
Azərbaycanda yaşıl transformasiyalarla bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda yaşıl transformasiyalarla bağlı qanun layihəsi hazırlanır

Azərbaycan Mərkəzi Bankı yaşıl transformasiya ilə bağlı bank məhsullarının buraxılmasını tənzimləyəcək qanun layihələri üzərində çalışır və yaxın vaxtlarda onun qəbul ediləcəyi gözlənilir. Bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
 
«Azərbaycanda bir sıra  şirkətlərin dekarbonizasiya siyasəti işləmək üçün  insan və  çox vaxt maddi imkanları olmur. Bunun müxtəlif həll yolları var ki, onlardan biri də yaşıl istiqrazların buraxılmasıdır. Bu məqsədlə Mərkəzi Bank yaşıl isteqrazların tətbiq olunması üzərində çalışır və uyğun qanun layihəsi hazırlayır”,  -  Musayeva bildirib.
 
Onun sözlərinə görə, bu yaşıl transformasiyalar həm ucuz olur, həm də  sürətli şəkildə verilir.  

Yeni qanunvericilik yaşıl transformasiya ilə bağlı bank məhsullarının,  qiymətli kağızların buraxılmasına imkan yaradacaq.
 
Musayevanın sözlərinə görə, hazırda yalnız Azərbaycan Dövlət Neft Şirkəti dekorbonizasiya siyasətini  hazırlayıb.
 
"Bizim  ən böyük şirkətimiz SOCAR-dır. O şirkət özünün dekarbonizasiya  siyasətini işləyib və emissiyaların azaldılması üçün yeni texnologiyalar tətbiq edir”,  -  Musayeva əlavə edib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti