Azərbaycanda yüksək vəzifəli məmura ağır itki üz verib.
A24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın atası Telman Həsənov dünyasını dəyişib.
Allah rəhmət etsin!
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivəsində müəyyən olunması üzrə komissiyanın sədri olub. S.Həsənova Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !