2024-cü ilin yeddi ayında Azərbaycandan Rusiya 338,7 min ton meyvə-tərəvəz ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 min ton azdır. Bu barədə Rusiyanın Rosselxoznadzor nəşri məlumat yayıb.
Hesabat dövründə xurmanın tədarükündə 71,3% - 18,2 min tondan 31,2 min tona, nektarin - 34,2% - 14,1 min tondan 19 min tona, şaftalıda - 26,6% - 13,7 min tondan 17,4 min tonadək artım müşahidə olunub.
Həmçinin yeddi ayda Rusiyadan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə kartofun ixracında 2,7 dəfə, soğanın ixracında isə 5,1 dəfə artım olub.
Bir gün öncə Bakıda Rusiya prezidenti və Azərbaycan Prezidentinin iştirakı ilə Rosselxoznadzorun rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Taxməzli Rusiya və Azərbaycan hökumətləri arasında karantin və bitkilərin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !