Azərbaycandan Türkiyəyə qaz nəqli artıb

09:56 | 28.11.2023
Azərbaycandan Türkiyəyə qaz nəqli artıb

Azərbaycandan Türkiyəyə qaz nəqli artıb

2023-cü ilin doqquz ayında Azərbaycandan Türkiyəyə ümumilikdə 7 milyard 890,4 milyon kubmetr təbii qaz ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bildirilib.

Cari ilin sentyabrinda Azərbaycan Türkiyəyə 888,52 milyon kubmetr təbii qaz ixrac edib. Bu da ötən ilin sentyabrı ilə müqayisədə 25,06 % çoxdur.

Türkiyəyə "Şahdəniz” yatağının işlənməsi üzrə "Mərhələ-1” və "Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.

Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub.
 
TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb
 
2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz nəqli 8 milyard 705 milyon kubmetr təşkil edib. Bu, o deməkdir ki, artım təxminən 1,5 milyard kubmetr təşkil edib.
 
2023-cü ildə Azərbaycan qazının Türkiyəyə tədarükü 10,2 milyard kubmetr səviyyəsində planlaşdırılır.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Müqavilədə tərəflərin payı aşağıdakı kimidir: BP (operator, 29,99%), Cenub Qaz Dehlizi (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%) .

Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM