Azərbaycanı təmsil edən idmançı ölkədən imtina etdi

20:30 | 28.02.2018
Azərbaycanı təmsil edən idmançı ölkədən imtina etdi

Azərbaycanı təmsil edən idmançı ölkədən imtina etdi

Bakıda keçirilən Avropa Oyunlarında Azərbaycanı təmsil etmiş ukraynalı gimnast Oleq Stepko Rusiya vətəndaşlığını alıb.

O, Ukraynanın "1+1” telekanalında yayımlanan "Qroşi” verilişində bu barədə danışıb. İdmançının qərarından sonra Ukraynada onu vətən xaini adlandırıblar.


Stepko bildirib ki, o, Rusiya çempionatında çıxış etmək üçün bu ölkənin vətəndaşlığını alıb. Gimnast öncə Azərbaycana necə gəlməsindən söz açıb:

"2013-cü ildə Ukrayna federasiyası ilə fikir ayrılığına görə müqaviləmi yeniləməyib digər ölkələrlə danışıqlara başladım və Azərbaycana getdim. Mənə Azərbaycandan 2013-cü ildə Moskvada keçirilmiş Avropa Çempionatında çempion olduqdan sonra zəng vurmuşdular. Dedilər ki, gəl danışaq və məsələni yoluna qoyaq. Azərbaycanda məni müalicə etdilər, MRT-yə apardılar. Əməliyyat olundum. Bütün şərait əla idi. Dərmanlar, sığorta kimi vacib detallara diqqət yetirdilər”.Qeyd edək ki, 23 yaşlı Stepko Azərbaycan adından çıxış etdiyi müddətdə Avropa Oyunlarında paralel qollarda qızıl, idman gimnastikasının digər növlərində isə iki gümüş və iki bürünc medal qazanıb. O, həmin il – 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatında isə bürünc medalla kifayətlənib. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM