• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib

Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib
19.12.2023 21:26
Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən aşağıda qeyd olunan 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib:
1. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri;

2. Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi;

3. Pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş;

4. Azərbaycan muğamı;

5. Lahıc misgərlik sənəti;

6. Çövkən - ənənəvi Qarabağ atüstü oyunu;

7. Azərbaycan aşıq sənəti;

8. Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi;

9. Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı;

10. Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti.

Dekabrın 19-da ICESCO-nun qərargahında Mərakeş rəsmiləri, təşkilata üzv ölkələrin diplomatik nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hazırladığı namizədlik faylları əsasında qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat ICESCO-nun baş direktoru Salim əl-Malik tərəfindən Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Nazim Səmədova təqdim edilib. İslam Dünyası İrs Komitəsinin sözügedən qərarı ilə Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementlərinin mühüm dəyəri vurğulanıb və mədəni irsin qorunması, mühafizəsi və davamlılığının təmin edilməsinin vacibliyi nümayiş etdirilib.

Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlığında mədəni irsin qorunması mövzusu mühüm yerlərdən birini tutur.

2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına daxil edilib.

Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 13-ə çatıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Emin Ağalarovun konserti təxirə salınıb
Mədəniyyət 13:10
Emin Ağalarovun konserti təxirə salınıb
Nazirliyə tabe olan Alban kilsəsində inəklər gəzir- VİDEO
Mədəniyyət 14:05
Nazirliyə tabe olan Alban kilsəsində inəklər gəzir- VİDEO
Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb
Mədəniyyət 11:16
Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb
AzərbaycanDizayn Biennalesi-2025-də təmsil olunub
Mədəniyyət 14:25
AzərbaycanDizayn Biennalesi-2025-də təmsil olunub
Gəncədə “Gəncə Maarif Evi”nin 6 illiyi münasibətilə “OksiFest” festivalı keçirilib
Mədəniyyət 20:36
Gəncədə “Gəncə Maarif Evi”nin 6 illiyi münasibətilə “OksiFest” festivalı keçirilib
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
Mədəniyyət 21:00
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
bp qədim tarixin araşdırılmasına dəstək verir
Mədəniyyət 18:49
bp qədim tarixin araşdırılmasına dəstək verir
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Mədəniyyət 01:22
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol