Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medal qazanıb

23:09 | 12.03.2022
Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medal qazanıb

Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

97 kq çəki dərəcəsindən çıxış edən idmançı finalda almaniyalı Yohannes Mayerlə üz-üzə gəlib.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn İlyasov Avropa çempionatının qalibi olub.

79 kq-dakı Əşrəf Aşırov bolqarıstanlı Oktay Hasanı məğlub edərək bürünc medala sahib çıxıb.

Daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) qızıl, Tofiq Əliyev (57 kq) bürünc medala yiyələnib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM