Azərbaycanın dünyada 69 səfirliyi, 5 daimi nümayəndəliyi, 9 baş konssuluğu, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi fəaliyyət göstərir. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.
Həmçinin Oman və Taililanda səfirlik təsis edilməsi ilə bağlı Prezidentin sərəncamı var və həmin ölkələr üzrə səfirlər təyin edilib.
9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.
Xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanlarının 105 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı bildirib ki, artıq bölgədə yenireallıqlar yaranıb və sülh və sabitlik üçün yeni imkanlar mövcuddur.
Nazir 2023-cü ilin dekabrında mətbuat üçün keçirilən brifinqdə söyləyib ki, 2024-cü il Tayland,Oman,Əfqanıstan və BMT-nin Asiya üzrə komissiyasında Azərbaycanın diplomatik missiyası fəaliyyətə başlayacaq.
Bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama görə bu kateqoriyadan olan 6 nəfərə müxtəlif rütbələr verilib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !