• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Azərbaycanın İrandan gözləntiləri

Azərbaycanın İrandan gözləntiləri
08.07.2024 13:45
Azərbaycan İranın yeni prezidenti Məsud Pezeşkian vəzifəyə başladıqdan sonra ölkələr arasında  münasibətərin daha da inkişaf edəcəyini gözləyir, - bunu  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.


"İranda yeni prezident seçilib və Azərbaycan prezidenti bu münasibətlə təbriklərini çatdırıb. Biz Azərbaycan və İran arasında əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsində maraqlıyıq”, - nazir qeyd edib.

O həmçinin söyləyib ki, Azərbaycan bundan sonra da İranla birgə layihələr icra etməyə maraqlıdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. 
 
"İranla hər zaman tarixi münasibətlərimiz olub. Qonşu ölkə ilə bundan sonra da birgə layihələr icra etməkdə maraqlıyıq. Ümid edirik ki, bu münasibətlər və əlaqələr daha da genişlənəcək", - Bayramov iyulun 8-də jurnalistlərə açıqlamasında bildirib.  
 
Məsud Pezeşkian iyunun 6-da İranda yeni prezident seçilib. Azərbaycan Prezidenti İlham Əliyev də həmkarını bu münasibətlə təbrik edib və ona uğurlar arzu edib. 
 
Mayın 19-da  İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində İran Prezidenti və xarici işlər naziri olmaqla 9 nəfər vəfat edib. Bundan sonra İranda yeni preizdentin seçilməsi ilə bağlı qərar qəbul olunub. 

Baş verən hadisə ilə bağlı İrana Azərbaycan rəhbərliyi daxil olmaqla bir çox ölkələr başsağlığı verib. 
 
Mayın sonunda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan İrandakı Səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görür.
 
Apreldə İranın xarici İşlər nazirinin sözçüsü Nasir Kənani deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması üçün yaxşı hazırlıq görülüb və xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb. 
 
Tehrandakı Azərbaycan səfirliyindən terror aktı törədən şəxslə bağlı edam hökmü verilsə də, onun edam olunması ilə bağlı hər hansı fakt göstərilməyib. 
 
Oktaybrın 2-də Azərbaycan televiziyası açıqlama yayaraq bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən Yasin Hüseynzadə barəsində İranın Ali Məhkəməsi tərəfindən edam hökmü çıxarılıb. 
 
Tehrandakı terror hadisəsindən sonra Tehranın polis rəisi vəzifəsindən uzaqlaşdırılıb. 
 
Avqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.
 
İyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da açıqlama verərək bildirib ki, Tehranda Azərbaycan səfirliyində törədilən cinayətin 
səbəbkarına ağır və şiddətli cəza veriləcək. 
 
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar Nazimqızı



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Siyasət 04:30
BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Siyasət 22:30
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Siyasət 20:13
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Siyasət 19:20
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Zelenski İlham Əliyevə başsağlığı verib
Siyasət 19:00
Zelenski İlham Əliyevə başsağlığı verib
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Siyasət 17:46
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Siyasət 17:39
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Bakı Rusiya rəsmisinin mədəniyyət tədbirlərinin ləğvi ilə bağlı tənqidini rədd edib
Siyasət 17:06
Bakı Rusiya rəsmisinin mədəniyyət tədbirlərinin ləğvi ilə bağlı tənqidini rədd edib
AZAL təyyarəsinin vurulma əmrini Rusiya Müdafiə Nazirliyi verib - İDDİA/video
Siyasət 16:48
AZAL təyyarəsinin vurulma əmrini Rusiya Müdafiə Nazirliyi verib - İDDİA/video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol