Azərbaycanın Tokio paralimpiyasında qazandığı medallar AÇIQLANDI

08:42 | 04.09.2021
Azərbaycanın Tokio paralimpiyasında qazandığı medallar AÇIQLANDI

Azərbaycanın Tokio paralimpiyasında qazandığı medallar AÇIQLANDI

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışlarını başa vurub.

İdmançılar Yelena Taranova və Kamran Zeynalov 50 metr məsafayə güllə atma növündə finala vəsiqə qazana bilməyib. Taranova 503 xalla 29-cu, Zeynalov isə 518 xalla 20-ci olub.

Qadın para-atlet Yulia Yanovskaya 400 metr məsafəyə qaçışda 57,18 saniyə ilə 5-ci yeri tutub. Eyni növdəki Lamiyə Vəliyeva məsafəni 55 saniyəyə qət edərək qızıl medal qazanıb və paralimpiya rekordunu qırıb.

Digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında hazırda 9-cu pillədə qərarlaşıb.

Yarışa sentyabrın 5 də yekun vurulacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM