Rusiyada azərbaycanlı diaspor rəhbəri dünyasını dəyişib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl vilayəti üzrə regional bölməsinin rəhbəri İbrahimov Söhrab Mədət oğlu xərçəng xəstəliyindən aprelin 9-da vəfat edib.
Söhrab İbrahimov 1974-cü ilin iyulun 10-da Laçın rayonunun Alqulu kəndində doğulub. Rusiya Beynəlxalq Biznes və Yeni Texnologiyalar Akademiyasının hüquq fakültəsini bitirib. Üç yetkinlik yaşına çatmayan uşaq atası olan S. İbrahimov Bakıda dəfn olunacaq.
Söhrab İbrahimov Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl Vilayəti üzrə regional bölməsinin sədri olmaqla yanaşı "Vahid Rusiya” ("Yedinnaya Rossiya”) Partiyasının Yaroslavl şəhəri üzrə və Rusiya Xalqlar Assambleyasının Yaroslavl vilayəti üzrə Şuralarının üzvü olub.
Allah rəhmət eləsin!
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !