Azərbaycanlı hakim Çempionlar Liqasında

2014/15 mövsümünün Avropa klub miqyaslı turnirlərində daha 2 oyun azərbaycanlı FİFA hakimlərinə tapşırılıb. Apasport.az saytının məlumatına görə, Əliyar Ağayev və Anar Salmanov II təsnifat mərhələsinin oyunlarına təyinat alıblar.Ağayev daha nüfuzlu Çempionlar Liqasının oyununda iş başında olacaq. Salmanov isə Avropa Liqasında fit çalacaq. Onların başçılıq edəcəyi hakimlər briqadasının tam tərkibi də artıq müəyyənləşib.Çempionlar LiqasıII təsnifat mərhələsi. 23 iyul"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)Baş hakim: Əliyar AğayevBaş hakimin köməkçiləri: Namiq Hüseynov, Zeynal ZeynalovDördüncü hakim: Rauf CabbarovAvropa LiqasıII təsnifat mərhələsi. 24 iyul"Vaduts" (Lixtenşteyn) / "Kollec” (Cəbəllütariq) – “Rux” (Polşa)Baş hakim: Anar SalmanovBaş hakimin köməkçiləri: Mübariz Haşımov, Vaqif MusayevDördüncü hakim: Rəhim HəsənovQeyd edək ki, UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində iyulun 3-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) oyununu da həmyerlimiz, FIFA referisi Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Anar Salmanov yerinə yetirəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər