Ölkə xaricində top qovan futbolçularımızın dəyər müəyyənləşib. Fanat.az xəbər verir ki, transfermarkt.de qış transfer pəncərəsindən sonra futbolçuların qiymətlərini yeniləyib.
Saytın hesablamalarına görə, ən bahalı legionerimiz Cihan Özkaradı. Türkiyə Super Liqasında çıxış edən "Sivasspor"un formasını geyinən hücumçuya 600 min avro qiymət qoyulub.
Cihanı Ruslan Abışov izləyir. "Rubin"in formasını geyinən futbolçunun dəyəri 400 min avrodu. Türkiyənin "Orduspor" klubunda forma geyinən Branimir Subaşiç isə ikl "üçlüy"ü qapayır - 350 min avro.
Almaniyanın II Bundesliqasında çıxış edən "Fortuna"nın formasını geyinən və qısa zamanda komandanın əsas simalarından birinə çevirilən Tuğrul Erata isə 250.000 avro qiyiət qoyulub.
Cihan Özkara (Sivasspor, Türkiyə) - 600.000 €
Ruslan Abışov (Rubin, Rusiya) - 400.000
Branimir Subaşiç (Orduspor, Türkiyə) - 350.000 €
Saşa Yunisoğlu (Dənizlispor, Türkiyə) - 300.000 €
Tuğrul Erat (Fortuna, Almaniya) 250.000 €
Ali Gökdemir (Elazığspor, Türkiyə) - 150.000 €
Ufuk Budak (Qaziantep BB, Türkiyə) - 100.000 €
Timur Temeltaş (Altınordu, Türkiyə) - 75.000 €
Davud Kərimi (Fəthiyəspor, Türkiyə) - 50.000 €
Rüfət Dadaşov (Kayzerslautern II, Almaniya) - 50.000 €
Taşkın İlter (Ayntraxt Braunşveyq II, Almaniya) - 50.000 €
İlqar Nəbiyev (Tavşanlı Linyitspor, Türkiyə) - 25.000 €
Fanat.az