Azərbaycanlı Rusiyada həkimləri şoka saldı

19:00 | 04.01.2014
Azərbaycanlı Rusiyada həkimləri şoka saldı

Azərbaycanlı Rusiyada həkimləri şoka saldı

Rusiyada azərbaycanlı narkokuryerin mədəsindən yarım kq heroin tapılıb. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın Primorya vilayətinin polisi tərəfindən saxlanılan azərbaycanlı narkokuryerin üzərinə baxış zamanı narkotik vasitə tapılmayıb.Daha sonra tibbi yoxlamadan keçirilən şəxsin mədəsində xeyli miqdarda narkotik maddə olduğu məlum olub. Tibbi müdaxilədən sonra 28 yaşlı soydaşımızın mədəsindən 145 bağlamada olan narkotik vasitə hesab edilən heroin aşkarlanıb. Ümumi çəkisi 450 qram olan narkotik vasitəni mədəsində gəzdirən azərbaycanlı narkokuryer barəsində artıq həbs-qətimkan tədbiri seçilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM