Erməni politoloqdan maraqlı açıqlama
“Azərbaycan və Ermənistan Rusiya üçün siam əkizləri kimidir”.
ANS PRESS-in məlumatına görə bu sözləri ölkəsində Qafqaz institutunun müdiri, politoloq Aleksandr İskəndəryan vurğulayıb.
Onun sözlərinə görə Rusiya Ermənistan tərəfə hansısa addımlar atır, lakin Azərbaycanı da nəzərə almaya bilmir. Əgər Rusiya Ermənistanı tutursa, mütləq Azərbaycan tərəfə də baş sallayır, və ya əksinə.
Ermənistanın Gömrük İttifaqına üzv olması və Lavrovun İrəvana səfəri Qarabağ probleminə nə dərəcədə təsir edə bilər? sualına politoloq maraqlı cavab verib:
“Bu hadisələr Ermənistan və Rusiya ölkələri üçün qarşılıqlı əlaqəni gücləndirəcək, lakin hadisələrin cərəyanı indi Qarabağ üzərində qurulmayıb və bu proseslər Dağlıq Qarabağ probleminə heç bir təsir etməyəcək. Ümumiyyətlə Qarabağ məsələsində vəziyyətin dəyişilməsi perspektivi yoxdur”.
ANN.Az