Azərbaycanla-Özbəsitan müdafiə nazirləri arasında "UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsinin aparılması, hər iki dövlətin hərbi qulluqçularının qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir", - açıqlamada qeyd olunub.
2022-ci ilin iyununda Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev təsdiq ediblər. Müqavilə etimad və təhlükəsizliyin yaradılması üzrə birgə fəaliyyət, kadr hazırlığı, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində qarşılıqlı fəaliyyət və bir sıra digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !