Azərbaycanlı alıcılar qızıl alarkən nələrə diqqət yetirirlər? – VİDEO

10:45 | 31.05.2017
Azərbaycanlı alıcılar qızıl alarkən nələrə diqqət yetirirlər? – VİDEO

Azərbaycanlı alıcılar qızıl alarkən nələrə diqqət yetirirlər? – VİDEO

Azərbaycanlı qızıl-zinət həvəskarları qızıl alarkən əsasən onun fabrik istehsalı olmasına üstünlük verirlər.

Anews.az Xezerxeber.az-a istinadən məlumat verir ki, yerli zərgərlər tərəfindən hazırlananlardan daha çox, xaricdən gətirilən fabrik istehsalı olan qızıl-zinət əşyalarına maraq var. Fabrik istehsalı olan qızıl-zinət əşyaları zərgər işindən daha bahadır.

Fabrik istehsalı olan zinət əşyalarının əksəriyyəti qaşsız idxal olunur. Yəni brilyant yerli zərgərlər tərəfindən düzülür.

Satıcıların sözlərinə görə, brilyantla gələn qızılların qiyməti daha baha olur. Bu da adətən fabrikin brilyantın saflığına zəmanət verməsi ilə əlaqədar olur. Məhsulun fabrik malı olub-olmadığından şübhələnən alıcı isə məhsulun sertifikatını tələb edə bilər. Çünki brilyant qaşla birgə idxal olunan zinət əşyasının xüsusi sənədi olur. Bundan əlavə, qiymət fərqini vergi rüsumu da təyin edir.

Hazırda Rusiya qızılı 55 manat, Türkiyə qızılı 65, 750 əyarlı İtaliya qızılı 80 manatdan, ərəb qızılı isə 85 manatdan ticarət edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM