Azərbaycanlı alim Nobel mükafatı ala bilər

20:42 | 14.08.2015
Azərbaycanlı alim Nobel mükafatı ala bilər

Azərbaycanlı alim Nobel mükafatı ala bilər

"Mənim əsas məqsədim bir şey idi ki, ümumi qərarqəbuletmə haqqında nəzəriyyə yaradım və onu dünyanın ən nüfuzlu indeksli elmi jurnallarından birində nəşr elətdirim. Hardasa 1 ay bundan əvvəl o tipli jurnalların birində - "Information Scıences” jurnalında mənim "Ümumi qərar qəbuletmə nəzəriyyəsi” adlı məqaləm dərc olundu. Mən 10 ildir bunu gözləyirdim. Bu nəzəriyyə iqtisadiyyatın özəyi olan qərar qəbuetmə sahəsində daha ümumi, reallığı daha çox əks etdirə bilən bir nəzəriyyədir. İndi buna mükafat verəcəklər, verməyəcəklər, bunu Tanrıdan başqa heç kim bilmir”.

Bu sözləri Modern.az saytına açıqlamasında dünyada tanınan Azərbaycan alimi, son illər yaratdığı iki nəzəriyyə ilə elmə yenilik gətirən professor Rafiq Əliyev bildirib.
 
 
 

Bu il dünyanın ən nüfuzlu mükafatlarından sayılan və 6 nominassiyada təqdim olunan Nobel mükafatının sahibləri oktyabr ayında bəlli olacaq. Hər zaman Azərbaycan alimlərinin bu mükafatın əsas namizədləri sırasında olub-olmaması diqqət mərkəzinə çəkilib.

Dünyanın elmi ictimaiyyətinə çox yaxşı tanış olan Rafiq Əliyevin 10 ildir ki, üzərində çalışdığı "Ümumi qərarqəbuletmə nəzəriyyəsi” dünyanın ən nüfuzlu indeksli jurnalında seminal məqalə kimi yayımlanıb. Seminal məqalə - özünə qədər olanlardan tam fərqli və elmə yenilik gətirən məqaləyə, nəzəriyyəyə deyilir. Məsələn, 1965-ci ildə Lütfi Zadənin qeyri-səlis məntiqə aid olan 8-10 səhifəlik məqaləsi çıxdı. 1965-ci ildən bu günə kimi ona seminal məqalə deyirlər. Yəni, nəyinsə əsasını qoyan elmi məqalə.

"Mənim də 10 ildir arzum bu idi ki, 30 səhifəlik məqaləm belə nüfuzlu bir jurnalada seminal məqalə kimi qəbul edilsin. Çox yaxşı ki, dünyanın nüfuzlu alimləri tərəfindən seminal nəzəriyyə adlandırıldı. Yəni, onlar mənim nəzəriyyəmi nəyinsə əsasını qoyan bir nəzəriyyə kimi qəbul etdilər”.

Alim daha sonra bunları qeyd edir:

"Mükafat haqda Lütfi Zadə mənə deyib. Amma komissiyada araşdırmalardan kimsənin xəbəri olmur. Komissiya dünyanın ən ünlü alimlərindən ibarət ekspertlərdən ibarətdir. Kiminsə onların qərarına müdaxilə etmək imkanı yoxdur.

Mənim "Qeyri-səlis məntiq əsaslı ümumiləşdirilmiş qərarqəbuletmə” nəzəriyyəm 2013-cü ildə nüfuzlu "Springer” nəşriyyatında kitab halında çıxdı. İkinci kitabım "Müfəssəl olmayan informasiya şəraitində qərarqəbuletmə nəzəriyyəsi” də 2014-cü ildə "World Scientific” nəşrıyyatında çapdan çıxdı. Amma mənim əsas məqsədim ümumi qərarqəbuletmə haqqında nəzəriyyə formalaşdırmaq idi. Qərarqəbuletmə sahəsində məndən əvvəl bir neçə alimlər qrupu işləyib. Onlardan ikisi – Fon Neyman və Kanenman ayrı-ayrı vaxtlarda buna görə Nobel mükafatı alıblar”.

Professor elmi nəzəriyyənin ən nüfuzlu jurnalda seminal məqalə kimi qəbul olmasını bu cür əsaslandırır:

"Bu sahədə bugünə qədər yazılan nəzəriyyələr bizim nəzəriyyənin xüsusi bir halı kimidir. Bu isə daha ümumi, daha çox reallığı əks etdirə bilən bir nəzəriyyədir və klassik yox, qeyri-səlis məntiqə əsaslanmışdır.

Rafiq Əliyev sonda nəzəriyyəsi ilə bağlı bu sahədə Nobel mükafatına 2002-də layiq görülmüş Kanenmanla danışdığını vurğulayıb. O deyib:

"Yaşım ötüb bu sahədə az işləyirəm. Amma əsas odur ki, bu dünyaya çıxan bir nəzəriyyədir”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür