"Sabah”ın yaydığı məlumata görə, Vüsal Orucov adlı şəxs dini nikahda olduğu Sevilay Kayanın boğazını bıçaqla kəsib. Daha sonra o, öldürdüyü qızın qanı ilə divarda belə bir yazı yazıb: "Xəyanətin cəzası ölümdür”.
Vüsal Orucov könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.
Öldürülən qızın anası hadisənin şokundan huşunu itirib. Hazırda qadın xəstəxanadadır.
Hadisə ilə bağlı istintaq işləri davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !