Minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Mina problemindən zərərçəkmiş şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına psixoloji yardım göstəriləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov "Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərar "Minatəmizləmə fəaliyyəti haqqında" qanunun icrası ilə əlaqədar qəbul edilib.
Dəyişikliyə əsasən, qanunda nəzərdə tutulan zərərçəkmişlər psixoloji yardımla ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində təmin olunacaqlar.
Son xəbərlər
Daha çox