Azərbaycanlı məşhurların şəxsi biznesləri - SIYAHI

19:48 | 10.02.2019
Azərbaycanlı məşhurların şəxsi biznesləri - SIYAHI

Azərbaycanlı məşhurların şəxsi biznesləri - SIYAHI

Lüks avtomobillər, cah-cəlallı villalar, dəbdəbəli həyatlar...


Daşdan belə pul çıxaran ulduzlar təkcə sənətlə qazanmırlar, onlar özlərini biznes sahəsində də sınayıblar. Bəziləri bunu etiraf edir, digərləri həqiqətə uyğun olmadığını vurğulayırlar.


 
Anews.az xəbər verir ki, oxu.az şou əhlinin hər kəsdən gizli saxladıqları bizneslərini araşdırıb.
 




ATV-nin məşhur siması, "Bozbaş pictures”in yaradıcılarından sayılan İlkin Həsəni təkcə aparıcılıqla pul qazanmır. O 2014-cü ildə "İlk media” şirkətini təsis edib açıb. İlkin biznesi ilə bağlı açıqlamasında deyib:


"İlk media” sırf mənə aid bir qurumdur. Burada reklam, film çəkilişləri edilir, piar işləri görülür. Öz peşəmə yaxın bir işdir”.
 




Əməkdar artist Röya Ayxan zəngin məşhurlar sırasındadır. Şou göstərib özünə gəlirli biznes quran sənətçinin Nabranda villası var.


Röya villasının yanında istirahət üçün nəzərdə tutulmuş bir neçə kiçik ev tikdirib. Adıçəkilən mənzillər Nabrana istirahətə gələn turistlərə və ən əsası, ailəvi dincələnlərə kirayəyə verilir. İstirahət mərkəzində həmin evlərin gündəlik qiyməti 50-150 manat arasındadır.


Qeyd edək ki, Röyaya bahalı villanı toyundan sonra qayınatası, iş adamı Çingiz Cəlilov hədiyyə edib. 
 




Bu yaxınlarda cərrah bıçağı altına uzanaraq, özünü incəldən müğənni Xatirə İslam ifaçılıqla yanaşı, şəxsi bizneslə məşğul olur. 


O, xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub. Burada qiymətlər 1500 manatdan başlayır. Bu qiymətə gəlinin oturacağı yerin bəzədilməsi, xüsusi mərasim libası, səs avadanlığı, "haxışda” oxuyan ifaçı da daxildir.


Əgər könlünüzdən daha təmtəraqlı xına mərasimi keçirsə, onda bir az da xərc çəkməli olacaqsınız. Bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışının daxil olduğu mərasim sizə nə az, nə çox - düz 5 min manata başa gələcək. Qeyd edək ki, bu məlumat müğənninin prodüseri tərəfindən verilib.


Xına məclislərində "haxışda” oxuyan tək Xatirə deyil. Rəqqasə Fatimə Fətəliyeva da bu biznesə əl atıb. 
 


 
Dekor, ansambl, çəkiliş, "haxışda” ifaçısı və Fatimənin aparıcılığı sizə iki min manata başa gələ bilər. Müştərinin istəyindən asılı olaraq, dekor dəyişdikcə qiymət də artır.  "Mon Amour”a bir çox xınayaxdı mərasimlərində rast gəlmək mümkündür. F. Fətəliyevanın şəhərin mərkəzində "Banu” adlı gözəllik salonu fəaliyyət göstərir. 
 




Xınayaxdı biznesi Azərbaycanda o qədər gəlirli sahə sayılır ki, bu işlə məşğul olanların sayı-hesabı yoxdur. 


Bu sahə ilə məşğul olan məşhurlar sırasında xərçəng xəstəliyi ilə mübarizə apararaq ona qalib gələn Əməkdar artisti Tünzalə Əliyeva, məşhur şair və qiraətçi Nazilə Səfərli, müğənnilər Xuraman Şuşalı və Rahidə Baxışova da var.
 








Həkim olsa da, hind rəqsləri ilə məşhurlaşan Oksana Rəsulovanın da şəxsi biznesi var. Rəqqasə "OksiMedia production”ın sahibidir. Sözügedən şirkət kliplərin, serialların və filmlərin istehsalı ilə məşğul olur. Bununla yanaşı, Oksananın rəqs məktəbi var.
 






Ailə həyatı qurduqdan sonra Rusiyanın Moskva şəhərinə köçüb orada müğənnilik fəaliyyətini davam etdirən Rəqsanə İsmayılovanın Moskvanın mərkəzində "Farrof palace” adlı şadlıq sarayı var. İsmayılova həmin şadlıq evində həmkarları ilə çıxış edir. 
 


 
Onun böyük qızı Aysun İsmayılova öncə dizayner kimi çalışsa da, sonradan müğənnilik etməyə başlayıb.
 




Ruhi Əliyeva müğənnilikdən uzaqlaşıb bizneslə məşğul olmağı daha üstün tutub. O, "Emerald” adlı lüks və yüksək keyfiyyətli zərgərlik butikinin sahibidir. 
Bununla yanaşı, Ruhinin həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərən "Liatris” adlı holdinqi var. R.Əliyeva "Liatris Holdinq” şirkətlər qrupuna aid olan "Liatris Travel” Tibbi və Səyahət Şirkətinin rəhbəridir. Bu şirkət 2018-ci ilin yanvar ayından fəaliyyətə başlayıb.
 




Əməkdar artist Abbas Bağırov yüksək qiymətə toy idarə edən sənətçilərdəndir. A.Bağırovun "ABA” adlı şirniyyat evi var.
 




Şou-biznesin məşhur əkiz bacıları Sevil və Sevincin "SS” adlı ayaqqabı butikləri var. Ötən gün isə əkizlər "Instagram” hesablarında ayaqqabı mağazası bağlandığı haqda məlumat paylaşıblar. Onlar sosial şəbəkədə açıqlama yayaraq məkanda olan məhsulların ucuz qiymətə satışa çıxarıldığını qeyd ediblər. Qeyd edək ki, Sevil və Sevincin eyni adda dırnaq salonu və ətriyyat mağazası fəaliyyət göstərir.
 




Əməkdar artisti Nüşabə Ələsgərli əldə bir neçə qarpız tutan məşhurlardandır. Müğənninin şəhərdə bir neçə gözəllik salonu var.
 




Əməkdar artist, aktrisa Vəfa Zeynalova da gözəllik salonu işlədən sənətçilər sırasındadır. "LS” salonunun adı V.Zeynalovanın qızlarının adları ilə bağlıdır. 
 




Bir ayağı Bakıda, bir ayağı isə Moskvada olan müğənni Xəyyam Nisanovun adını şou-biznesin ən varlı sənətçiləri arasında çəkirlər. Xəyyamın "Little Smile” adlı uşaq əyləncə mərkəzi var.
 




Müğənni Emil Bədəlov bir neçə çay evinin sahibidir. O, üç il öncə qızının adı ilə bağlı olan "S Group Travel” turizm şirkətini yaradıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM