Azərbaycanlı müğənni Rusiyada yananların ailələrinə pul ayırdı

09:34 | 28.03.2018
Azərbaycanlı müğənni Rusiyada yananların ailələrinə pul ayırdı

Azərbaycanlı müğənni Rusiyada yananların ailələrinə pul ayırdı

Azərbaycanalı iş adamı, müğənni və bəstəkar Rusiyanın kemerova şəhərində ticarət mərkəzindəki yanğın zamanı zərərçəkənlərin ailələrinə jest edib.Söhbət Emin Ağalarovdan gedir. O, yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edəcək.

Biznesmen bu barədə özü açıqlama verib. O, 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə ayırıb. 

"Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə mən yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm". O, deyib ki, beş şəhərdə konsert verib və hər bir konsertdən 1 milyon rubl qonorar qazanıb.  "Gəlirimi Müslüm Maqomayev adına Fonda göndərirəm. Bundan əlavə, atam Araz Ağalarov başda olmaqla dostlarımla birlikdə 15 milyon rubl toplamışıq və toplamağa davam edirik”.

E. Ağalarov martın 28-də Tümendə keçirməyi planlaşdırdığı konsertini təxirə saldığını da bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM