Azərbaycanlı ifaçı Alya Ray "O səs Türkiyə” yarışmasında münsifləri özünə heyran edib.
Publika.az xəbər verir ki, Türkiyənin məşhur mahnı müsabiqəsinə daha bir azərbaycanlı iştirakçı qatılıb. 19 yaşlı ifaçı Ayla Ray əvvəlcə "Mamma Knows Best" mahnısını oxuyub, daha sonra isə Beyonsun "Listen" kompozisiyasını ifa edib.
Həmyerlimiz 4 münsifin hamısını döndərə bilib. Seçim arasında qalan Ayla sonda Yıldız Tilbenin komandasında olmaq istədiyini dilə gətirib.
Yeri gəlmişkən onu da qeyd edək ki, müğənni Nura Suri Aylanın ən böyük dəstəkçisi olduğunu və onun qalib gəlməsini bütün qəlbiylə istəyidini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !