Azərbaycanlı qız "Tı Super"də VİDEO

10:02 | 23.10.2017
Azərbaycanlı qız

Azərbaycanlı qız "Tı Super"də VİDEO

13 yaşlı qız şərq motivləri əsasənda rəqs hazırlayıb

Azərbaycanlı qız Rusiyanaın ən məşhur yarışında səhnəyə çıxıb. İstiPress-in məlumatına görə, 13 yaşlı Sevda Fətullayeva "Tı Super"in növbəti mərhələsində səhnə alıb.

Atasının üzünü görməyən, anasının isə baxa bilmədiyi üçün uşaq evinə verdiyi Sevda  müsiflər üçün məşhur müğənni Tarkanın ifasında səslənən "Dudu" mahnısının sədaları altında şərq motivləri əsasında hazırlanmış rəqsini nümayiş etdirib.  Yeniyetmə ifası ilə müsifləri və tamaşçıları özünə heyran edə bilsə də, ikinci tura keçmək şansını qaçırıb. 

Münsiflər - xoreoqraf və quruluşçu rejissor Yeqor Drujinin, balerina və Moskvanın Böyük teatrının solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili və aktrisa Anastasiya Zavorotnyuk Sevdanı növbəti layihələrdə görməyə ümid etdiklərini bildiriblər.

NTV teleşirkəti və "Sputnik" beynəlxalq informasiya agentliyi, radiosu tərəfindən təşkil edilən "Tı super!" (Tansı- rəqs) beynəlxalq müsabiqəsi Rusiya, MDB və Baltika ölkələrindən olan istedadları birləşdirir. Yarışda valideyn himayəsindən məhrum, uşaq evlərində böyüyən uşaqlar iştirak edir.  Bakıdakı 3 sayalı uşaq evinin yetirməsi olan Sevda 5 yaşından buradadır. Anası həftədə bir dəfə ona baş çəkə bilir. Onun sözlərinə görə, anası işləyir və ona tezliklə öz evlərində yaşayacaqlarına dair söz verib. 
 
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM