Azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirdi

12:13 | 26.02.2015
Azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirdi

Azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirdi

Moskvada bir qrup azərbaycanlı gəncləri Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim ediblər.

Oxu.Az xəbər verir ki, məktubda Rusiyada yaşayan və işləyən Azərbaycan gənclərinin əsir götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi, Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatların dayandırılmasına və işğal edilmiş Azərbaycan torpaqlarından ordunun çıxarılmasına dair tələbləri yer alıb.

Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun (AMİİF) sədri Şamil Tağıyev qeyd edib ki, bizim məqsədimiz Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasıdır.

"Azərbaycanın qanunsuz saxlanılan vətəndaşları azad edilməlidir. Bunu yalnız azərbaycanlılar deyil, eləcə də dünya gəncləri tələb edir”, - Şamil Tağıyev bildirib.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev qeyd edib:

"Biz tələb edirik ki, erməni tərəfi Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarına dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bəyannamələrə riayət etsin, Dilqəm Əsgərov və Şahbaz Quliyevi qanunsuz erməni əsirliyindən azad etsin”.

Sonra aksiya iştirakçıları "Xocalıya ədalət” yazılan plakatlar ilə səfirliyin qarşısında öz etirazlarını bildiriblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM