Azərbaycanlılar İŞİD-ə qarşı döyüşəcək - FOTOLAR

13:45 | 10.07.2014
Azərbaycanlılar İŞİD-ə qarşı döyüşəcək - FOTOLAR

Azərbaycanlılar İŞİD-ə qarşı döyüşəcək - FOTOLAR

Türkman azərbaycanlıları İŞİD-ə qarşı peşəkar ordu yaratdı. Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan foto “Bu igidlər qardaşları Türkiyə və Azərbaycan tərəfindən İŞİD və Bərzani peşmərgələri qarşısında yalnız qoyulan Kərkük Türkmanları Tuqayıdır” qeydi ilə paylaşılıb.Qeyd edək ki, Kərkük türkmanları bundan əvvəl İŞİD-ə qarşı pərakəndə halda döyüşürdü. Buna səbəbsə onların indiyə qədər hərbi təlim keçməməsi olub. Yayılan fotoda isə kifayət qədər peşəkar hərbi birləşmə təəssüratı yaranır.Ən diqqətçəkən məqamsa, Cənubi Azərbaycandan azərbaycanlıların könüllü şəkildə bu orduya qatılmasıdır. Bu fotolar ətrafında sosial şəbəkələrdə açılan müzakirələrdə Kərkük türkmanları eyni dəstəyin Azərbaycandan da gəlməsini gözlədiklərini açıqlayırlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM