• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azercell-in Rominqi millər qazandırır!

Azercell-in Rominqi millər qazandırır!
19.11.2019 16:40
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün "Azercell Telekom” MMC öz xidmətlərini təkmilləşdirməyə və ən son dünya trendlərinə uyğun məhsullarla istifadəçilərini sevindirməyə davam edir. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell, Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankla birgə reallaşdırdığı kampaniya vasitəsilə abunəçilərinə Rominq xidməti çərçivəsində əlavə millər qazanmaq imkan yaradır. Belə ki, cari ilin noyabr ayının 1-dən 2020-ci il, yanvar ayının 31-dək PAŞA Bankın "Miles&Smiles” kartının sahibi olan Azercell abunəçiləri Rominq xidməti çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 AZN-ə görə 5 mil əldə edəcəklər.

Həmçinin 2020-ci il, yanvar ayının 31-dək Azercell-in Rominq İnternet Paketlərindən birini aktivləşdirən abunəçilər səfər zamanı WhatsApp mobil tətbiqi üzərindən yazışmalardan pulsuz istifadə edə biləcəklər.
 
Vurğulayaq ki, Azercell 54 ölkədə fəaliyyət göstərən 80-dan çox operatorun şəbəkəsində 4 fərqli Rominq İnternet Paketlərini  istifadəyə verməklə, abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.
 
PAŞA Bankın "Miles&Smiles” kartı haqqında ətraflı məlumat üçün https://miles.pashabank.az/ səhifəsinə daxil olun.
 
Azercell-in Rominq İnternet Paketləri barədə ətraflı məlumatla https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsindən tanış olmaq mümkündür.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC-yə çevrilib
Cəmiyyət 10:02
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC-yə çevrilib
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol