Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir
"Azercell Telekom” MMC jurnalistikanın inkişafına, mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərini davam edir. Lider mobil operator 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında bu sahə üzrə yazan jurnalistlər üçün xüsusi təlim təşkil edəcək. Beynəlxalq təlim mərkəzi tərəfindən "Media texnologiyaları: yeniliklər və trendlər” mövzusunda həyata keçiriləcək təlim jurnalistlərə yeni media tendensiyaları və qabaqcıl texnologiyalar haqqında biliklərini dərinləşdirmək imkanı verəcək.
Təlimdə iştirak etmək istəyən jurnalistlərdən https://forms.office.com/r/g1VyFRzqvD səhifəsindən qeydiyyatdan keçmək xahiş olunur. Çap və elektron kütləvi informasiya vasitələrində ən azı bir il iş təcrübəsinə malik media nümayəndələri müvafiq anketi dolduraraq şəxsi məlumatları ilə yanaşı, son 6 ay ərzində (25.11.2014 tarixinə kimi) texnologiya, innovasiya, rəqəmsal inkişaf mövzularında dərc etdikləri məqalələrini/yazılarını da təqdim etməlidirlər.
Müraciətlər Mətbuat Şurasının üzvü daxil olmaqla, bu sahənin ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Bütün kriteriyalara uyğun gələn jurnalistlərə təlimdə iştirak üçün xüsusi dəvətnamə göndəriləcək.
Azercell-in təşəbbüsləri və qarşıdan gələn tədbirlər haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/ saytına daxil ola bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !