Dünyada mina qurbanlarının 81%-ni kişilər təşkil edir

14:10 | 04.12.2024
Dünyada mina qurbanlarının 81%-ni kişilər təşkil edir

Dünyada mina qurbanlarının 81%-ni kişilər təşkil edir

"Landmine Monitor Report 2024" hesabatına görə, 53 ölkədə 5757 nəfər mina qurbanı olub. Bunu Bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov Kambocanın Siem Reap-Angkor şəhərində keçirilmiş "Minalardan Azad Dünya” Sammitinin yekunları və "Landmine Monitor Report 2024” hesabatına həsr olunmuş  mətbuat konfransında deyib.
 
Qurbanların 1983 nəfəri həlak olub, 3663 nəfəri yaralanıb, 111 nəfərinin isə statusu bəlli deyil. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM