• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azergold ASC qızıl istehsalını artırıb

Azergold ASC qızıl istehsalını artırıb
22.04.2024 15:14
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin birinci rübündə şirkət 11,5 min unsiya qızıl və 25,5 min unsiya gümüş hasil edib ki bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 58% və 25% çoxdur.  Bu barədə Azərgold ASC məlumat yayıb.
 
Cari ilin ilk üç ayında qızıl hasilatı üzrə plan 2 faiz, gümüş hasilatı üzrə isə 1 faiz artıqlaması ilə yerinə yetirilib. 

Həmçinin, cari ilin birinci rübündə səhmdar cəmiyyət tərəfindən yerli və beynəlxalq bazarlarda 6,6 min unsiya qızıl və 23,7 min unsiya gümüş satılıb, nəticədə ölkə iqtisadiyyatına 25,2 milyon manat vəsait cəlb edilib.

1 aprel 2024-cü il tarixinə qiymətli metalların daxili və xarici bazarlarda satışı nəticəsində QSC-nin əldə etdiyi ümumi gəlir 1 milyard 213 milyon 911 min manat olub.  Bunun 1 milyard 158 milyon 829 min manatı ixracdan, 55 milyon 82 min manatı isə daxili bazarda satışdan əldə edilən gəlirlərdir.

 "AzerGold” QSC 2024-cü ilin sonuna kimi 70 min unsiya qızıl hasil edib satmağı planlaşdırır. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə istehsalda 10%, satışda isə 3% çoxdur.
 
Azərgol ASC 2015-ci il fevralın 15-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol