"Azərikard" nə qədər tranzaksiya həyata keçirib?- açıqlama

11:14 | 01.11.2023

"Azərikard" nə qədər tranzaksiya həyata keçirib?- açıqlama

2023-cü ilin doqquz ayında "Azərikard" MMC 340 milyon tranzaksiya həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz çoxdur. Bunu "Azərikard"ın baş direktoru Fərid Quliyev bildirib.
 

"Azərbaycan öz ödəniş sistemlərini müasirləşdirilməsi üçün önəmli işlər görür. Azərbaycanı regionda maliyyə texnologiyaları baxımından, ölkənin gələcək iqtisadi artımı və qlobal maliyyə sisteminə inteqrasiyası üçün təməl rolunu oynayır", - Fərid Quliyev Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (IBF-2023) vurğulayıb.
 
"Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. "Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqini həyata keçirir.
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM