İyulda“Azəriqaz”a müraciət edənlərin sayı açıqlanıb

12:31 | 04.08.2023
İyulda“Azəriqaz”a müraciət edənlərin sayı açıqlanıb

İyulda“Azəriqaz”a müraciət edənlərin sayı açıqlanıb

2023-cü ilin yanvar-iyulunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 296 müraciət azalıb. Bu barədə qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev jurnalistlərlə keçirilən "Açıq qapı” aksiyasında bildirib.
 
Bildirilir ki, ümumilikdə 6 936 müraciət daxil olub. 

Müraciətlərin 3 231-i "Opentext” proqramı vasitəsilə daxil olub.
 
"3 705 müraciət elektron formada daxil olub. Daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub. Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavabladırılması həyata keçirilib”,- qurum rəsmisi əlavə edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM