"Azərişıq" abonentlərin müştəri kodlarını dəyişəcək

12:38 | 23.05.2015

"Azərişıq" abonentlərin müştəri kodlarını dəyişəcək

​Tanrıverdi Mustafayev: "Artıq bu məsələlər həll edilib, yaxın günlərdə yeni abonent kodları müştərilərə təqdim olunacaq

"Azərişıq" ASC yeni əhatə etdiyi ərazilərdəki abonentlərin müştəri kodlarını dəyişəcək. Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, vaxtilə "Azərenerji"nin abonentləri olan "Azərişığ"ın yeni abunəçilərinin abonent kodları "Azərişığ"ın sisteminə uyğunlaşdırılacaq: "Yeni əhatə etdiyimiz ərazilərdəki, köhnə abonentlərin kodları bizim sistemə uyğunlaşdırılacaq. Artıq bu məsələlər həll edilib, amma yeni abonent kodları hələ müştərilərə təqdim edilməyib. Yaxın günlərdə bu məsələ həllini tapacaq".

"Azərişıq" rəsmisinin sözlərinə görə, abonentlər köhnə abonent kodu vasitəsi ilə də ödəniş edə bilərlər: "Abonent kodu dəyişdirilməyən abunəçilər "Azərişığ"ın ödəmə məntəqələrində, poçt şöbələrində və banklarda ödəniş edə bilərlər. Tezliklə ödəmə terminalları və saytlar vasitəsi ilə də ödəniş bərpa ediləcək".

Qeyd edək ki, "Azərenerji"nin abonentlərə verdiyi abonent kodu 11, "Azərişıq"ın isə 15 rəqəmlidir.

Xatırladaq ki, dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib. Sərəncama görə, iki ay davam etməli olan təhvil-təslim prosesi aprel ayının 10-da yekunlaşıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti