“Azərpambıq”ın ixrac gəlirləri azalıb- RƏSMİ

2023-cü ilin yeddi ayında Azərpambıq Aqrar Sənaye Kompleksinin 15,1 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 milyon dollar və ya 70%(3,3 dəfə) azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Ötən ilin ilk 7 ayı ərzində Azərpambıq Aqrar Sənaye Kompleksinin 50,3 milyon dollar dəyərində məhsul ixrac edib.
2022-ci ilin ilk 6 ayında "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 47.9 milyon dollar dəyərində məhsul ixrac edib.
2021-ci il mövsümündə respublikanın 13 rayonunda 28,1 min hektarda pambıq əkini aparmış və 77,0 min tondan artıq xam pambıq tədarük edib.
"Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılıb.
Aytac Zeynalova
www.anews.az