"Hesabat dövründə Yer səthinin müşahidə peyki "Azersky" bir neçə fransız peyki ilə qruplaşmaya daxil olub və artıq kommersiya fəaliyyətinə başlayıb".
"APA-Economics" xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Ə Abbasovun Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
"Hesablamalara görə, "Azərkosmos" ASC "Azersky" üçün kreditlərin verilməsində dövlət maliyyə resurslarına müraciət etməyəcək", - deyə nazir qeyd edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !