• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“Azərsu” ASC-nin idarə rəisi 4 min manat cərimələndi

“Azərsu” ASC-nin idarə rəisi 4 min manat cərimələndi
19.02.2021 18:38
"Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi Fərmayil Vəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub”, - bunu xidmətin rəisi Hikmət Əlizadə bildirib.
 
Onun sözlərinə görə, Sabunçu rayonu Pirşağı qəsəbəsindəki çirkab suların boru vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.  

"Araşdırma zamanı Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyularının olmaması səbəbindən evlərdə formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi, birbaşa Zabrat gölünə və oradan da Pirşağı qəsəbəsi ərazisindəki boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən olunub. Faktla bağlı akt, protokol tərtib edilib və "Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi Fərmayil Vəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub”.

Xidmət rəisi həmçinin bildirib ki, , mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 2,2, sintetik səthi aktiv maddələrin isə 2,6 dəfə normadan artıq olduğu müəyyən olunub. Suyun tərkibində istehsalat mənşəli çirkləndiricilər aşkar edilməyib.

H.Əlizadənin sözlərinə görə, bununla bağlı dəfələrlə müvafiq qurumlara və "Azərsu” ASC-yə edilən xəbərdarlıqlara baxmayaraq, işlər sürətlənməyib və heç bir dəyişiklik olmayıb.

Əlizadə bildirib ki, Pirşağı qəsəbəsində formalaşan tullantı sularının dənizə axıdılmasının qarşısını almaq məqsədilə qəsəbə yaxınlığında inşa edilən gücü 60 min m3/sutka olan Pirşağı Çirkab Sutəmizləyici qurğularına yönəldilməsi üçün "Azərsu” ASC-yə məktub ünvanlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol