Bakı lesbiyanları: Təşəkkürlər, "Park Cinema"! - FOTO+VİDEO

16:20 | 18.11.2013
Bakı lesbiyanları: Təşəkkürlər, "Park Cinema"! - FOTO+VİDEO

Bakı lesbiyanları: Təşəkkürlər, "Park Cinema"! - FOTO+VİDEO

Роксана Али

Jüli Maronun «Mavi — ən isti rəngdir» qrafik romanına əsaslanan, Fransız rejissoru Abdellatif Keşişin «Adelin Həyatı» («La Vie d'Adèle») filmi artıq Bakı kinoteatrları “Park Cinema” (Park Bulvar) və “Metropark”a gəlib çıxdı.

Böyük miqdarda açıq və uzun seksual səhnələrlə bol olan film 66-cı Kann beynəlxalq kino festivalının "Qızıl palma budağına" sahibi oldu. Filmin Fransada nümayiş etdirilməsinə qədər ona 260 mindən çox tamaşaçı izlədi.

Şəhvaniliyin formalaşmasından, yetişməkdən, qaçılmaz və qeyri-ənənəvi sevgidən bəhs edən «Adelin Həyatı» filmi, Bakı tamaşaçısı üçün özü-özlüyündə bir "lesbiyan bombası" oldu, çünki əvvəllər böyük ekranda buna bənzər filmə heç baxılmamışdı.

Bu filmin "Park Cinema"da göstəriləcəyi xəbəri yayılan kimi internet “partladı”, sosial şəbəkələrdə buna dair müxtəlif rəylər bildirildi, heç kəs buna soyuqqanlı yanaşıb, öz fikrini bildirməyə bilməzdi, bəziləri bu təşəbbüsü tənqid edir, bəziləri təqdir edirdi, bəziləri də tərifləyərək, bunun cəsarətli təşəbbüs olduğunu deyirdi. 

 

Sevgi üçün sərhədlərin yoxluğunu, sevginin cinsinin olmadığını, həm heteroseksuallar, həm də homoseksuallar arasında sevgi hissinin ola biləcəyini göstərən film bir çox mübahisələr doğurdu və çoxlarını hiddətləndirdi.

Bir çox məşhur Azərbaycan rejissorları və aktyorları da bu məsələ barəsində öz fikirlərini bildiriblər. Bəziləri bu filmin geniş tamaşaçı kütləsinə çatdırılmasını dəstəklədi, bəziləri isə fransızların Azərbaycan xalqına münasibətdə bu cür fitnəkar və biabırçı addımına təəccübünü ifadə etdi.

Bu filmlə bağlı mütəxəssislərin fikrini dinləmək çox maraqlı idi, axı onların əksəriyyəti heç olmasa bu filmə artıq baxıblar və süjetlə tanışdılar. Amma heç söhbətin nədən getdiyi bilməyənlərin fikirlərini oxumaq və öyrənmək çox gülməli idi, axı onlar bu qədər mübahisələr doğurmuş filmin mahiyyətinə heç bələd deyillər, amma bununla belə, ağına-bozuna baxmadan filmi və filmin Bakıda nümayiş etdirilməsinə icazə verənləri söyüşlərlə tənqid edirdilər.

Bu halda, belə bir sual ortaya çıxır – bizim müasir Azərbaycan «cəmiyyətimiz» açıq səhnələrlə bol olan və qeyri-ənənəvi sevgini nümayiş etdirən filmin paytaxt kinoteatrlarında göstərilməsinə hazırdılarmı?

Anonim qalmaq istəyənə, seksual azlıqların yerli nümayəndələrindən biriylə söhbət edib, aydınlaşdırdıq ki, lesbiyanlar belə filmlərin nümayişini dəstəkləyirlər. «Bu filmdə qeyri-adi heç nə yoxdur. Kimi məcbur edirlər ki belə filmə baxsın? Biz də canlı insanlarıq, bizim də hisslərimiz, emosiyalarımız var, biz də bədəndən və qandan yaradılmışıq. Bəs nə üçün biz bir-birimizi sevə bilmərik? Bunu qadağan etməyə kimin hüququ var? Bizim cəmiyyət o qədər mühafizəkardır ki, bəzən adam sadəcə vahiməyə qapılır, bizə sakit yaşamağa imkan vermirlər, ona görə də öz oriyentasiyamızı müxtəlif yollarla gizlətməyə çalışırıq. Hesab edirəm ki, bizim auditoriya üçün belə bir qeyri-adi filmin nümayişi bir növ inqilab olacaq, bu da mavilər və lesbiyanlar haqqında insanların təsəvvürünü necəsə dəyişəcək və qeyri-ənənəvi oriyentasiyası olan insanlara düşmən münasibətdən və mövcud stereotiplərdən qurtulmağa kömək edəcək», - qız dedi.

Təbii olaraq ilk öncə inanclı insanlar buna hiddətləndilər, ələxsus da güclü cinsin nümayəndələri. Onlar belə filmin nümayişinə düşmən münasibət bəsləmələrini, müsəlman ölkə olmağımızla əsaslandırdılar (red. AR – əhalisinin əksəriyəti müsəlman olan dünyəvi respublikadır) və biz əxlaqsızlığı, qeyri-ənənəvi sevgini, cinsi səhnələri təbliğ edən filmlərin göstərilməsinə imkan verməməliyik, çünki bu bizim dinimiz İslama ziddir. Bu qrupun nümayəndələri hər vəchlə bu filmi təhqir edirdilər, bunu biabırçılıq, dəhşət, vəhşilik, günah, abırsızlıq adlandırırdılar, həmçinin bu filmin Bakıda nümayiş etdirilməsinə icazə verən, ələxsus da "Park Cinema" menecerlərini təhqir edirdilər. "Camaatın anası-bacısı var. Ölmədik, bu günü də gördük; Кül sizin başınıza; Bizim axırımız nolacaq; Elə bircə bu çatmırdı; öz xalqına və dininə bir damcı da olsun hörmət qalmayıb. Allah sizi cəzalandıracaq. Allahdan qorxun! Siz nə haqla xalqın əxlaqını pozursunuz? "Park Cinema" siz bununla nail olacaqsınız? Bu filmi nümayiş etdirməkçün sizə nə qədər pul veriblər?", sosial şəbəkələr belə cümlələrlə qaynayırdı.

Mühafizəkar baxışları olan insanların sözlərini misal gətirmək olar. Onlar iddia edirdilər ki, Azərbaycan xalqı tamamilə səhv istiqamətə gedir, insanlar əvvəllər cəmiyyətdə böyük təsir imkanlarına malik adət-ənənələrini, ələxsus da mentalitetlərini unudurlar. Elələri də vardı, belə şərhlər yazırdılar ki, "Bax, Avropa inteqrasiya, azadlıq və demokratiya buna gətirib çıxarır, insanların abır-həyası itib, bu da ədəbsiz filmlərin nümayişində özünü göstərir; Belə kinoteatrlar qeyri-ənənəvi sevgini tərənnüm edən filmlər göstərməklə, bizim cəmiyyətimizin əsaslarını dağıtmaq istəyirlər, əxlaqımızı pozmaq istəyirlər; tez bir zamanda ölkədən çıxıb getmək lazımdır", adamlar “Facebook”da söyüşdən istifadə etməklə bu cür şərhlər yazırdılar.

Amma elələri də tapıldı ki, (onlar nəzərəçarpacaq qədər azlıqda idilər) kifayət qədər normal reaksiya göstərdilər. Dedilər: "Bu filmdə biabırçı heç nə yoxdur; Heç kim heç kəsə heç nəyi məcbur etmir, istəyən baxsın, istəməyən baxmasın. Əgər siz şərəf və ləyaqətdən danışırsınızsa, onda nə üçün "İsgəndər" filminə baxırsınız, axı orda da bircinsli sevgi tərənnüm olunur?; Belə filmlər çoxdur və bunu şişirtməyə gərək yoxdur; insanları homo və heteroseksuallara bölmək lazım deyil, bu, onları cəmiyyətin azlıqlarına çevirməyə əsas vermir", sosial şəbəkələrin istifadəçiləri yazırdılar. Onlardan bir çoxu bu filmin nümayişini gecə seansı köçürməyi, yaş məhdudiyyəti tətbiq etməyi və bununla da problemi həll etməyi təklif edirdi.

Bəziləri deyirdi ki, seksual azlıqlara qarşı deyillər, "Adelin Həyatı" filminin geniş tamaşaçı kütləsinə nümayiş etdirilməsi cəmiyyətə zərərli təsir göstərə bilər, yəni bu film özü-özlüyündə qeyri-ənənəvi sevginin təbliğinə çevrilə bilər. Bu, xüsusilə də uşaqlara pis təsir göstərə bilər, axı onlar çox gəncdirlər və gördüklərinə-eşitdiklərinə qarşı çox həssasdırlar.

Xəbərlərdə həmçinin qeyd edilirdi ki, "Bu film Rusiya, Ukrayna, Belarus və Gürcüstan kinoteatrlarında da nümayiş etdiriləcək. Ermənistan "Adelin Həyatı" filmini göstərməkdən imtina etdi". Bizim imtina etməməyimiz, amma Ermənistanın imtina etməsi də qızğın müzakirələr doğurdu. "Niyə biz özümüzü onlarla müqayisə edək ki? Sanki hansısa bir yarış gedir, onlar gey parad keçirdilər, biz imtina etdik, onlar filmi göstərməkdən imtina etdilər, biz icazə verdik; Kimə lazımdır axı bu?; Yəni ermənilər bizdən daha çoxmu öz xalqının əxlaqının qeydinə qalırlar?", çoxları qəzəblənərək təəccüb edirdilər.

İstifadəçilərin arasında elələri də oldu ki, bu cür müzakirələrin aparılmasını vaxt itkisi sayırdı. "Bundansa daha vacib məsələləri müzakirə edin, məsələn, kommunal xidmətlərin arıtıla biləcəyi, yoxsa hansısa filmi müzakirə etməyə nə var ki. Belə filmə bu qədər diqqət ayırmağa nə hacət?; Cəmiyyətdə o qədər həllini gözləyən problemlər var ki, insanların başını isə hansısa ədəbsiz filmlərlə qatırlar". Amma müzakirələr hamı elə hey davam edirdi, çünki hər kəs öz fikrini bölüşmək istəyirdi.

Qızğın müzakirələr və genişmiqyaslı aşkarlıq artıq öz işini gördü, bu da "Adelin Həyatı" filminin əla reklamı oldu, bir çox paytaxt sakinlərini kinoteatra qaçmağa və bu filmi izləməyə vadar etdi. Çünki tamaşaçılar əmin olmaq istərdilər ki, yəni bu film deyildiyi və yazıldığı qədərmi ədəbsizdir. Axı istənilən emosiyalar, istər neqativ olsun, istərsə də pozitiv, müəyyən maraq doğurur, bu olmasa müzakirə etmək mümkünsüzdür.

Sonda qeyd etmək istərdim ki, əgər "Park Cinema" rəhbərliyi kifayət qədər mühafizəkar Azərbaycan auditoriyası üçün bu qədər açıq-saçıq erotik filmin nümayişinə icazə veribsə, onda belə təəssürat formalaşır ki, onlar Azərbaycan cəmiyyətində homoseksualizmi təbliğ edərək, ailənin, əxlaqın və əxlaqın həqiqi əsaslarını pozmaq istəyirlər və qeyri-ənənəvi sevgini dəstəkləyirlər. Ta qədimdən bizi belə tərbiyə ediblər ki, sevgi yalnız kişi və qadın arasında ola bilər, ənənəvi ailə isə – Azərbaycan xalqının qürurudur, buranın öz əxlaq dəyərləri var və bunları tapdamaq olmaz. "Park Cinema"da lesbiyanların sevgisi haqqında filmin nümayiş etdirilməsi isə cəmiyyətimizin dağıdılmasından başqa şey deyil, çünki burada azərbaycanlılara yad olan qeyri-ənənəvi sevgi nümayiş etdirilir. Elə təəssürat formalaşır ki, bu əyləncə kompleksinin rəhbərliyi müasir dəyələrin təsirindən inləyən azərbaycan mental dəyərlərini dağıtmaq istəyir. Axı insanların şərhləri göstərir ki, bizim cəmiyyət belə filmlərin açıq nümayişinə hələ hazır deyil və heç gələcəkdə də hazır olacağı məlum deyil.

"Adelin Həyatı" filminin nümayişi onun sübutudur ki, pul qazanmaq və xeyir əldə etmək imkanı yarandıqda, mənəvi, əxlaqi və etik dəyərlər arxa plana keçir. Belə məqamlarda belə müəssisələr bir dəqiqə də olsun öz xalqını, gələcək nəslin tərbiyəsini düşünmürlər, çünki birinci yerdə gəlir əldə durur.

 

Maraqlıdır, görəsən "Park Cinema" rəhbərliyi öz arvadları, uşaqları, nənələri və babaları daxil olmaqla ailə əhatəsində bu filmi izləyiblərmi? Yəqin hamısı razı qaldı, ələxsus da yaşlı nəsl.

Tərcümə: Ramil Rahiboglu

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM