Bakı metropolitenində Fransız vaqonları istifadəyə veriləcək

12:05 | 24.05.2014
Bakı metropolitenində Fransız vaqonları istifadəyə veriləcək

Bakı metropolitenində Fransız vaqonları istifadəyə veriləcək

“Fransız vaqonları paytaxt metropoliteninin bütün şəbəkəsinə buraxılacaq”.

Məlum olduğu kimi, Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı “Bakı Metropoliteni” QSC və Fransa şirkətləri arasında 5 qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Oxu.Az Day.az-a istinadən xəbər verir ki, “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləri ilə müvafiq sənədlərin imzalanması yaxın 2-3 ay ərzində nəzərdə tutulub.

“Alstom Transport SA” şirkəti ilə imzalanan memoranduma görə yeni, müasir vaqonlar yalnız yeni xətt üçün deyil (şərti olaraq “bənövşəyi” adlanan), həm də fəaliyyətdə olan xətt (şərti olaraq “yaşıl” və “qırmızı” adlanan) üçün də alınacaq.

“Fransa istehsalı vaqonların alınması üçün müqavilə imzalanmayıb. Biz hələ görüşlər keçirməli, vaqonları detallı şəkildə öyrənməliyik. Bu, uzun prosesdir, buna vaxt tələb olunur. Vaqonların kondisionerlə təmin olunub-olunmayacağı barədə heç nə deyə bilmərəm. Yeni vaqonların funksiyaları barədə nə isə demək hələ ki, tezdir. Onlar haqqında ətraflı məlumatı bu məsələni müzakirə edərkən biləcəyik” - “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin başçısı Nəsimi Paşayev deyib.

Bundan başqa, həmsöhbətimiz vaqonların bütün Bakı metropoliteni xəttinə buraxılacağını da söylədi.

“İstifadə müddəti bitdikcə, köhnə vaqonlar tədricən yeni vaqonlarla əvəzlənəcək. Gələcəkdə metroda bir dənə də köhnəlmiş vaqon qalmayacaq. Gələcəkdə vaqonların başqa istehsalçılardan alınacağı da istisna deyil”, - həmsöhbətimiz bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür