• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakcell fövqəladə hallar barədə SMS xəbərdarlıq xidmətini təqdim edir

Bakcell fövqəladə hallar barədə SMS xəbərdarlıq xidmətini təqdim edir
19.03.2014 14:25

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə SMS (qısa mesaj) xəbərdarlıq sisteminin yaradılmasını elan edir. 

Fövqəladə halların əhalinin təhlükəsizliyinə göstərdiyi təsirin azaldılmasına yönəlmiş bu layihə Azərbaycanda ilk dəfə Bakcell tərəfindən həyata keçirilir. Təbii fəlakətlər insanların həyat və sağlamlığına zərər vurur, yaşayış obkeytlərini, qaz və elektrik sistemlərini sıradan çıxarır. Bu baxımdan sosial məsuliyyətli şirkət olaraq, köməyə ən çox ehtiyac duyduqları zaman öz müştərilərinə dəstək olmaq Bakcell üçün çox əhəmiyyətli məsələdir. 

 

Yeni xəbərdarlıq sistemi FHN-nə SMS vasitəsilə müvafiq bölgənin sakinlərini təbii fəlakət və ya fövqəladə hallar barədə dərhal məlumatlandırmaq, əhaliyə isə hər hansı ciddi təhlükə ilə bağlı məlumatı vaxtında alıb daha cəld reaksiya vermək imkanı yaradır. 

Bu xidmət sayəsində fövqəladə hal zonasında olan Bakcell müştərilərinə təhlükə ilə bağlı dərhal SMS göndəriləcək. Bunun üçün telefonda heç bir xidmətin aktivləşdirilməsinə və ya SMS-i almaq üçün xidmət haqqının ödənilməsinə ehtiyac yoxdur. Xidmət yerli bazarda istifadə olunan bütün telefon modelləri üçün nəzərdə tutulub. 

“Bakcell”in təqdim etdiyi bu xidmət Azərbaycanda yer və vaxt əsasında çalışan ilk SMS xəbərdarlıq xidmətidir. 

Təbii fəlakət və fövqəladə hallar üzrə SMS xəbərdarlıq sistemi həm əlaqədar qurumlara, həm də əhaliyə eyni vaxtda eyni SMS xəbərdalığını göndərməklə müvafiq tədbirlərin planlaşdırılmasına kömək edəcək. Sistem FHN-dən fövqəladə vəziyyət barədə məlumatı aldıqdan sonra SMS xəbərdarlığını demək olar ki, dərhal göndərmək imkanına malikdir. 

“Bugün dünyada geniş yayılmış SMS xəbərdarlıq sistemləri ölkələr tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunur. “Bakcell”in təqdim etdiyi bu xidmət təbii fəlakət və digər fövqəladə vəziyyətlərin yaratdığı problemlərin həllində müvafiq qurumlara və yerli əhaliyə kömək edəcək. Bu sistem fövqəladə vəziyyət zamanı koordinasiya və ictimaiyyətin məlumatlandırılması üçün olduqca effektiv vasitədir. Biz böyük məmnuniyyətlə dövlət qurumları ilə birlikdə təbii fəlakətlərə hazırlıq proqramının hazırlanması istiqamətində iş aparırıq və baş verə biləcək fövqəladə hadisə zamanı abunəçilərimizin əlaqələrinin itməməsini təmin etməyə hazırıq”, deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yiğit Berktaş bildirib. 

Bakcell şirkəti bildirir ki, SMS xəbərdarlıq sistemi uğurla sınaqdan keçirilib və istifadəyə tam hazırdır.  

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol