• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakcell şirkətinin sponsorluğu ilə Universiada keçirildi - FOTOLAR

Bakcell şirkətinin sponsorluğu ilə Universiada keçirildi - FOTOLAR
27.01.2015 12:57
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi, Gənclər və İdman Nazirliyi və Xəzər İntellektual Gənclər Klubu təşkilatçılığı ilə ƏlfəCIN layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" oyunu üzrə Universiada təşkil olunub.

ƏlfəCIN layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.

ƏlfəCIN layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə "Nə? Harada? Nə zaman?”, Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil olunur.

Yanvarın 25-də Bakıda keçirilən Univesiadanın qalibi Bakı Dövlət Universitetinin "BDU” komandası olub. İkinci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin "ADİU” komandası ikinci, Dövlət İdarəçilik Akademiyasının "BuenDİA” komandası isə üçüncü yeri qazanıb. Qaliblər kubok, medal və Bakcell tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.

"Nə? Harada? Nə zaman?" üzrə Universiadanın seçim turları Bakıda və respublikanın bir çox rayonlarında keçirilib. 16 bölgədən finala vəsiqə qazanmış 66 komanda öz intellektual bacarıqlarını nümayiş etdirmək imkan əldə edib. 500-ə yaxın gəncin iştirakı ilə baş tutan finalda ölkənin ən güclü tələbə komandaları iştirak edib.

60 sualdan ibarət olan oyun marafonunun suallar paketinin redaktoru Oktay Məhərrəmov olub. Tələbələrin dünya görüşü və bilik səviyyəsinin yoxlanılmasına yönəlmiş suallar gənclərin Azərbaycan və dünya haqqında bildiklərini imtahana çəkib. Universitetlərdəki qış imtahan sessiyasından sonraya təsadüf edən intellektual yarışma tələbələr üçün əsl sınaq olub.

Qalib komandalara Bakcell tərəfindən hədiyyələr təqdim olunub. Birinci yerin qalibi olan BDU komandasının bütün üzvləri Bakcell şirkətinin "Smart Start” təcrübə proqramında iştirak üçün vəsiqə qazanıblar. Beləliklə, qaliblər "Smart Start” təcrübə proqramına müraciət edərkən avtomatik olaraq müsahibəyə dəvət olunmaq hüququna malik olub.

Bu təcrübə proqramı gənclərə Bakcell şirkətində 2 ay ərzində təcrübə keçmək və təqaüd ilə təmin olunmaq imkanı verir.

ANN.Az





Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol