Bakıda fransalı deputatın fırıldağının üstü açıldı

12:30 | 29.06.2014
Bakıda fransalı deputatın fırıldağının üstü açıldı

Bakıda fransalı deputatın fırıldağının üstü açıldı

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyası çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında fransalı deputat Alan Neri iclasda iştirak etməyən həmkarının da yerinə səs verməyə cəhd edib.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, o, bunu belə izah edib ki, Azərbaycan Fransa nümayəndə heyətinin üzvlərindən Guy Teissierə ATƏT PA-nın sessiyasında iştirak üçün viza verməkdən imtina edib, buna etiraz olaraq həmin həmkarının yerinə səs vermək istəyir.

A. Neri deyib ki, həmkarı G. Teissier əvvəllər informasiya missiyası çərçivəsində Dağlıq Qarabağa səfər etdiyinə görə, onun Bakıya gəlməsi üçün viza verilməyib. O, bunu hüquq pozuntusu kimi qiymətləndirib.

Buna cavab olaraq isə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycan Ermənistan tərəfindən işğal olunan bu ərazilərə səfər etməyi dövlət sərhədləri haqqında qanunun pozulması kimi dəyərləndirir.

B. Muradova deyib ki, Dağlıq Qarabağa səfər etmək üçün Azərbaycan dövlətindən icazə alınmalıdır. Əks halda həmin şəxslər Azərbaycan üçün arzuolunmaz şəxslər hesab olunacaq.

Fransız deputatın həmkarının yerinə verdiyi səs saxta sayılaraq qeydə alınmayıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM