Bakıda gələn il istifadəyə veriləcək möhtəşəm stadion - FOTOLAR

18:22 | 27.02.2014
Bakıda gələn il istifadəyə veriləcək möhtəşəm stadion - FOTOLAR

Bakıda gələn il istifadəyə veriləcək möhtəşəm stadion - FOTOLAR

Əsası 2011-ci ildə qoyulan Bakı Olimpiya Stadionunda tikinti işlər sürətlənib. ANS PRESS-in məlumatına görə, öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionunda çox işlər görülüb. İş icraçılardan birinin sözlərinə görə, işlərin yarıdan çoxu görülüb. Bakı Olimpiya Stadionu 2015-ci ildə istifadəyə veriləcək.Qeyd edək ki, öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub.Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılır. Stadionun layihələndirilməsilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.Əvvəllər stadionun yeri fekal suları ilə dolu olub. "Ekol Mühəndislik Xidmətləri" QSC ərazidən fekal suların kənarlaşdırılması layihəsini başa çatdırıb. 2012-ci ilin may ayından başlayaraq TED tərəfindən layihə ərazisindəki süni gölməçələrdən 1 milyon 190 min m3-dən çox fekal suları kənarlaşdırılıb.2013-cü ilin aprel ayında "Ekol Mühəndislik Xidmətləri" QSC “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” layihəsinin icrasını uğurla başa çatdırılıb.Qeyd edək ki, Bakı Olimpiya Stadionu hazır olarkən bu görünüşdə olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM