Bakıda məktəblilər arasında qanlı dava

12:08 | 25.04.2014
Bakıda məktəblilər arasında qanlı dava

Bakıda məktəblilər arasında qanlı dava

Bakıda bıçaqlanma hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində, 187 saylı orta məktəbin yaxınlığında 1997-ci il təvəllüdlü Quliyev Elmar İlham oğlu bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya gətirilən 17 yaşlı oğlanın bədənində 5 bıçaq xəsarəti aşkarlanıb.

 

Araşdırmalar nəticəsində məlum olub ki E.Quliyevi 1997-ci il təvəllüdlü Rəsulov Rüfət Musa oğlu bıçaqlayıb. Hər iki şəxsin 187 saylı orta məktəbin 11-ci sinif şagirdi olması və məktəbdəki münaqişədən sonra qanlı hadisənin baş verdiyi məlum olub.

 

Araşdırmalar davam etdirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM