Bakıda partlayan su borusu tıxac yaratdı - VİDEO

12:25 | 29.07.2014
Bakıda partlayan su borusu tıxac yaratdı - VİDEO

Bakıda partlayan su borusu tıxac yaratdı - VİDEO

Bakıda partlayan su borusu nəqliyyatın hərəkətini çətinləşdirib.ANS TV-nin məlumatina görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Biləcəri qəsəbəsində aparılan inşaat işləri zamanı ərazidən keçən su borusu zədələnib və bundan sonra borudan 4 metr hündürlüyündə fontan vurmağa başlayıb.Ötən gün partlayan su borusu yaxınlıqdakı ərazidən keçən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətində problemlər yaradıb.Bəzi sürücülər üçün bu hal problemə çevrilsə də, partlayan borudan sözün həqiqi mənasında sui-istifadə edənlər də tapıldı. Borudan çıxan su aylardır avtomobilini yumayan bəzi sürücülərə avtoyuma xidmətindən pulsuz yararlanmağa imkan yaratdı.Ərazidə inşaat işləri aparan şirkətin nümayəndələri bir neçə dəfə cəhd etdikdən sonra partlayan borudan çıxan suyun qarşısını ala bildilər.Qeyd edim ki, məhz bu boru vasitəsilə Ceyranbatan gölündən ötürülən su bir neçə rayon ərazisinə paylanılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb