Bakıda polislərlə qarşıdurma, qadın özünü yandırmaq istəyir - FOTOLAR+VİDEO+YENİLƏNİB

11:20 | 23.05.2014
Bakıda polislərlə qarşıdurma, qadın özünü yandırmaq istəyir - FOTOLAR+VİDEO+YENİLƏNİB

Bakıda polislərlə qarşıdurma, qadın özünü yandırmaq istəyir - FOTOLAR+VİDEO+YENİLƏNİB

 "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə “Trend”-ə bildirib ki, məcburi köçkünlərə edilən son xəbərdarlığa baxmayaraq, heç bir razılıq əldə olunmayıb və artıq evlərin boşaldılmasına başlanılıb: "Biz 6 məcburi köçkün ailəsinə bütün variantları təklif etdik. Biz yenə də dediyimiz variantların üstündə durmuşuq. Avtomobillərimizi gətirərək onların əşyalarını səliqəli şəkildə yığırıq. Hələlik hər hansı evin sökülməsindən söhbət gedə bilməz. Evlərdəki bütün əşyalar nümayəndələrimiz tərəfindən aktlaşdırılır və evlər boşaldılır. Sonra həmin əşyalar məcburi köçkünlərin özlərinin istədikləri yerə daşınacaq".N.Paşayev onu da əlavə edib ki, məcburi köçkünlər bu qərarla razı deyillər və sərt şəkildə narazılıqlarını bildirirlər.Qeyd edək ki, ərazini zəbt edərək orada evlər tikmiş 6 məcburi köçkün ailəsinə 2 gün öncə "Bakı Metropoliteni" QSC-nin nümayəndələri tərəfindən ərazinin boşaldılmasına dair son xəbərdarlıq edilmişdi.Xatırladaq ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb.Müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunmuşu. Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Ərazidə məskunlaşmış 32 məcburi köçkün ailəsinin hər biri mənzillə təmin olunub. Onlardan 26-sı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzillərə köçüblər. Köçməkdən imtina edən digər 6 ailənin də hər birinə Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya da tələb ediblər. Metropoliten isə onlara evlərin sökülməsi və tikinti materiallarının daşınması üçün lazım olan texnika və işçi qüvvəsi ilə kömək edəcəyini təklif edib.Bununla razılaşmaylb "Bakı Metropoliteni"QSC-yə məxsus ərazidən köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət edərək onların evinin hər kvadratmetrinə görə kompensasiya tələbi ilə iddia irəli sürüblər. Lakin onların bu iddiaları təmin edilməyib.1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2013-cü il tarixli qərardadı ilə hazırda iddiaçıların yaşadığı evlərin, həyətlərin dağıdılması, yolun çəkilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi Bakı Metropoliteninə qadağan edilsə də, 19 avqust 2013-cü il tarixli qərarı ilə iddiaçıların tələbi rədd edildiyindən, məhkəmə əvvəlki qərardadını ləğv edib və Metropolitenə söküntü işlərinin aparılması üçün qoyduğu qadağanı aradan qaldırıb.Bununla bağlı Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyası 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarını dəyişdirmədən saxlayıb və iddiaçıların kassasiya şikayətini təmin etməyib. Buna görə də ərazidə nəzərdə tutulmuş işlərin aparılması üçün "Bakı Metropoliteni" QSC söküntü işlərini aparmaqda israrlıdır.

ANN.Az

***

11:12

Məcburi köçkünlərdən biri - Nailə Səfiyeva üstünə benzin tökərək hadisə yerində dayanıb. Onun əlində kibrit var.Metropoliten rəhbərliyi polislərdən qarşıdurma yaranmaması və bu hadisələrin işıqlandırılmasına imkan verilməməsi barədə xahiş edib.Saxlanılanların hara aparıldığı bəlli deyil.Artıq jurnalistlərə qarşı açıq təzyiqlər başlayıb. Polis onları zorla ərazidən uzaqlaşdırmağa çalışırlar.   ANN.Az

***

10:25

"Bakı Metropoliteni" QSC "Dərnəgül" Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin söküntüsü başlanılıb.

Sakinlərin ANS PRESS-ə verdikləri məlumata görə, "Bakı Metropoliteni" nümayəndələri Xarici dairəvi küçəsi, 3126/27-ci məhəllədə əraziləri zəbt edən məcburi köçkünlər evlərindən çıxarırlar. Evlərindən çıxarılan sakinlər aksiya keçirirlər. Onlar özlərini və uşaqlarını yandıracaqlarını bəyan edirlər. Hazırda əraziyə Metropoliten əməkdaşları və polislər cəlb olunub. Sakinlərlə polislər arasında qarşıdurmanın yarandığı bildirilir. Qeyd edək ki, burada məskunlaşan 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin onlar "Metropoliten"dən də kompensasiya tələb edirlər.

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti