Bakıda "Yeni Müsavat"ın jurnalisti döyüldü

11:49 | 25.04.2014
Bakıda "Yeni Müsavat"ın jurnalisti döyüldü

Bakıda "Yeni Müsavat"ın jurnalisti döyüldü

"Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlu bu gün səhər saat 10.30 radələrində redaksiyanın yaxınlığında gözlənilməz hücuma məruz qalıb.

Naməlum şəxslər qəfildən ona yaxınlaşaraq jurnalisti döyərək hadisə yerindən qaçıblar. Bu barədə musavat.com-a məlumat verən F.İlqaroğlu əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçıları isə tanımır.

Qeyd edək ki, iki gün öncə onun avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulmuşdu. Jurnalist qəza törətdikdən sonra sürətlə şütüyüb aradan çıxan həmin şəxsi öncədən avtomobilinə yerləşdirilmiş videokameranın lent yaddaşından istifadə edərək tapdırmışdı.

Bu hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir.

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti