Bakıda retro maşınların paradı - VİDEO

18:19 | 09.05.2014
Bakıda retro maşınların paradı - VİDEO

Bakıda retro maşınların paradı - VİDEO

Qələbə günü münasibətiləbu gün Bakıdan-Sumqayıta retro avtomobillərinin yürüşü keçirilib. 
ANS TV – nin məlumatına görə, Biləcəri qəsəbəsində yerləşən “Avtoretro” klubdan yürüşə başlayan həvəskarlar yolboyu böyük coşqu və maraqla qarşılanıblar. Dövlət Yol Polisi maşını ilə müşayiət olunan avtomobil karvanı əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətində oldu. Burada həm müharibə veteranları, həm də sakinlərlə görüş keçirilib.
Daha sonra orkestrin müşaiyətilə retro-maşın karvanı Sumqayıt şəhərinə üz tutub. Yolboyu xüsusi siqnal səslərilə hər kəsin diqqətini cəlb edən avtomobillərin növbəti dayanacağı Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısı olub. Yürüşdə ümumilikdə 30 avtomobil iştirak edib.
Yürüş iştirakçıları əsasən “Zim”, “Çayka”, “Volqa” və “Pobeda” markalı avtomobillərlə təmsil olunub. Daha çox diqqət “Pobeda” markalı avtomobillərə ayrılmışdı. Bu isə təsadüfi deyil. Çünki bu maşın məhz 9 may faşizm üzərinədə qələbənin şərəfinə istehsal olunub.
Paradda 1930-40-cı illərin istehsalı olan “Pobeda” avtomobillərini, “QAZ 21” və “QAZ 24” markalı maşınların modernləşmiş formaların görmək olardı. Elə bu “QAZ 24” markalı avtomobil də sahibi tərəfindən xeyli dəyişikliyə məruz qalaraq bu şəklə düşüb.
Avtoretro klubun üzvü Əbdüləhəd Yusifoğlu sözlərinə görə, 5 il əvvəl bu maşın “QAZ 24” idi: “Özüm mühəndisəm, bacardığımı etdim və bu hala gətirdik. Artıq 2 ildir ki, bu yürüşlərdə iştirak edirəm”.
Yürüş iştirakçıları arasında tək Bakıdan deyil, digər regionlardan qatılan avtomobil həvəskarları da var idi. Yürüşdə fəallığı ilə seçilən “Avtoretro” klubun icraçı direktoru Kamran İsmayılov bu cür paradı artıq 11 ildir ki, həyata keçirtdiklərini bildirib.
K.İsmayılov deyir ki, hazırda “Avtoretro” klubun 50 üzvü var. Marşurut xətlərimiz isə əsasən Bakı-Quba və Bakı-Sumqayıt yollarıdır. 
Yürüş iştirakçılarının sonuncu dayanacağı, köhnə avtovağzal yaxınlığındakı Mehdi Hüseynzadənin abidəsinin önü olub. Onlar abidə önünə gül dəstələri qoyublar və daha sonra yenidən yola düzəliblər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM