Bakıda sənətkarlıq sərgisi - FOTOLAR

15:47 | 27.12.2013
Bakıda sənətkarlıq sərgisi - FOTOLAR

Bakıda sənətkarlıq sərgisi - FOTOLAR

L.Qasımova Dekabrın 21-də ilin ən qısa gündüzü və ən uzun gecəsi yaşanır. Amma bəzi qadınlar həmin gün buna diqqət yetirməmişdilər. Çünki ”Art Villa” qallereyasındakı sərgi-satış yarmarkasına qatılmaq üçün hazırlığa başları qarışmışdı.Tədbir “Arts Council Azərbaycan” ofisinin təşkilati dəstəyi ilə keçirildi. Məqsəd ölkəmizdə xalq sənətinin inkişafına yardımçı olmaq idi.Sərgidə çoxlu çələnglər, bər-bəzək, şam, milad oyuncaqları vardı. Belə br təəssürat yaranır ki, siz sanki Milad və ya Yeni il bayramına düşmüsünüz.Kukla Teatrının aktrisası, tədbir təşkilatçısı, həmçinin “Facebook”dakı “Hand made” qrupunun rəhbəri Lalə Musayeva dərhal bizə yaxınlaşdı. Ev yiyəsi kimi bizə isti çay təklif etdi və sərgi barədə bir qədər məlumat verdi. Bildirdi ki, məqsəd əl işləri ilə məşğul olan insanların sayını artırmaqdır: "Builki sərgidə müxtəlif janrlar və istiqamətlər üzrə çalışan 14 nəfər iştirak edir. Onlar müxtəlif janr və istiqamətlərdə çalışırlar. Biz bitki və dəniz materialları, muncuq məhsulları, parça kuklalar, təbii sabunlardan ibarət məşğuliyyətlərimizi "decoupage" üslubunda bəzəkli qablarda təqdim edirik. Aramızda müxtəlif yaş və peşələrdən olan adamlar var. Ən gənc iştirakçımızın 12 yaşı var".Lalə xanım özü də əl işlərini - bəzək əşyalarını təqdim edib. Bunlar çox peşəkarcasına və keyfiyyətlə işlənmiş muncuqlar, boyunbağılar, sancaqlar və qolbaqlar idi.Rəssam Nərgiz Əfəndiyevanın da əsərləri sərgilənirdi. Bundan əlavə, o bizə özünün hazırladığı "yatmaq tələsini" də göstərdi. Bu, daxilində hörümçək toru olan dairədir - torlar həm də bəd yuxuları qovmaq üçün həmayillərdir: "Belə tələni çarpayının üstündən asanın bəd yuxuları torda ilişib qalacaq və siz yalnız şirin yuxular görəcəksiniz”.Ülviyyə Musayeva qonaqlara bəzəkli şərab şüşələri təklif edir, onların üzərində qış süjetləri var – qara bürünmüş komalar, ağappaq quşarmudu kolları və əlbəttə, 2014-ci ilin rəmzi olan Göy at. Bir şüşənin qiyməti 20 manatdır. O, yalnız əl işləriylə məşğul olur.Sevda Qasımova, Natalya Cəlilova və Svetlana Cəfərova əl ilə hazırlanmış təbii sabun kolleksiyalarını gətiriblər. Sabunlar şam ağacları, dovşan, şampan şüşəsi, nal, insan dişi, “BMW” işarəsi, dollar, şar, gül və s.  şəklində idi."Bu, əl işi olan dizayn sabunudur, təbii, kimyəvi qatqısı yoxdur, ona bal, darçın, qəhvə, kosmetik gil, xurma və kokos yağları əlavə olunub. Bəzi nüxsələrdə hətta şəkillər var. Pivədə, yaşıl çayda bişirilən sabun da var, hətta ora Mərakeş gili və bəzi digər komponentlər də daxildir. Amma bu, bizim sirrdir. Bəzi sabunların 6 ay istifadə müddəti var, digərləri isə yaxşı konyak kimi qaldıqca qiymətli olur”.Rəssam Aqata Əlizadə duzlu xəmirdən uşaqların çox sevdiyi kiçik yolka oyuncaqları hazırlayıb.Aqatanın əlindəki dərhal əldə edən karikatura "Kirpi dumanda" cizgi filmindən personajın təsviri olan bəzəkli boşqabı dərhal aldılar.Sərgidə yeni il mövzusunda – qarlı budaq, Qar qız, Şaxta Babanın şəkilləriylə bəzədilmiş çoxlu bəzəkli boşqab təqdim olunmuşdu. Bu işləri müəllif İnessa Sadiqi təqdim edirdi.Bir neçə orijinal qədəh öz tərtibatıyla diqqət çəkirdi. Bunlar – “gəlin və bəy” " (qara və ağ lentlə bəzədilmiş qədəhlər), üzərində iki qu quşu və ya bənövşələr əks olunmuş qədəhdən toyda istifadə edilə bilər.Qonaqlar qoza və güllərdən hörülmüş çələnglər, qəzetdən hazırlanan burulmuş rəngli kağız salfetləri, makarondan hazırlanan yolka oyuncaqlarını, bişmiş çəkmələr və atları çox bəyəndilər.Parça üzərində xaçlarla bəzədilmiş şəkillər diqqət çəkirdi. Bu, saçına gül taxan sarışın hind gözəli, İsa Məsih və mələk idi. Gözəl əl işləri idi.Aleksandra Fedotova, Tatyana Hacıyeva, Adel Əliyeva, Səbinə Hacıyeva öz əl işlərini təqdim etdi.Ülviyyə Feyzullayevanın parçadan məharətlə hazırladığı kuklalar kiçik qız uşaqlarında heyranlıq yaradırdı. Qızlar analarından bu kuklaları almağı xahiş edirdilər. Gəlinciklərin əynində ustalıqla tikilmiş paltar və şərflər vardı.Bu sərgidə əl işlərini təqdim edən bütün qadınlar qeyri-adi şəxsiyyətlərdir. Onlardan bəziləri işləyir, bəziləri evdar qadınlardır, amma hamısı yaradıcılıqla məşğuldurlar. Hamısı mehriban, şən və eyni zamanda məsuliyyətli insanlardır.Buna görə də mən bizim sevimli qadınlara xoşbəxtlik, can sağlığı və uğurlar arzulayıram və onların yeni ilini təbrik etmək istəyirəm!ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti